Ən bahalı qış transfer sövdələşmələrinin siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yanvarda reallaşan ən bahalı keçid Duşan Vlahoviç olub.
Serbiyalı hücumçunun “Fiorentina”dan “Yuventus”a transferi 81,6 milyon avroya bərabər göstərilib. İkinci yerdə “Mançester Siti”ni “Barselona”ya dəyişən Ferran Torres qərarlaşıb.
Yanvarda baş tutan ən bahalı transferlər:
1. Duşan Vlahoviç (“Fiorentina”dan “Yuventus”a) - 81,6 milyon avro
2. Ferran Torres (“Mançester Siti”dən “Barselona”ya) - 55 milyon
3. Luis Dias (“Porto”dan “Liverpul”a) - 45 milyon
4. Bruno Gimaraes (“Lion”dan “Nyukasl”a) - 42,1 milyon
5. Kris Vud (“Bernli”dən “Nyukasl”a) - 30 milyon
5. Lük Din (“Everton”dan “Aston Villa”ya) - 30 milyon.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı