Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya”da baş məşqçi Çeslav Mixneviçlə bağlı qərar verilib.
Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Varşava klubunun sahibi Dariuş Mioduski təcrübəli mütəxəssislə yeni müqavilə imzalamaq niyyətindədir.
Mioduski özü də açıqlamasında Mixneviçin nümayəndəsi Mariuş Piekarski ilə görüşdüyünü, yeni müqavilə məsələsini müzakirə etdiklərini bildirib. Görüş müsbət məcrada keçsə də, tərəflər yekun qərar üçün tələsməyib.
Qeyd edək ki, ötən ilin yayından “Legiya”nı çalışdıran Çeslav Mixneviçin müqavilə müddəti mövsümün sonuna qədərdir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”