Yığmamızdan heç-heçə - Qəbələdə
17.09.2021 - 11:46
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, yığmamız Qəbələdə təlim-məşq toplanışını sınaq matçı ilə başa vurub.
Millimiz hazırlıq çərçivəsində “Qəbələ”nin müvafiq yaş qrupundan ibarət komandası ilə görüşüb. Oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində Eldjat Məmmədov fərqlənib.
0
0