Azərbaycan yığmasının oyunu koronavirusa görə təxirə salınıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oyunları təxirə salınıb.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna səbəb yığmamızın 3 futbolçusunun koronavirusa yoluxması olub.
Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan U-17-nin heyətində Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib ki, Belçikanın daxili qanunlarına əsasən komandamızın digər üzvlərindən daha bir dəfə test götürüləcək.
Təqvimə əsasən bu gün keçirilməsi nəzərdə tutulan Azərbaycan - Norveç oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”