Yunanıstanın “Makedonikos” klubunun futbolçusu Nikos Tsumanisin meyiti tapılıb.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı müdafiəçinin cəsədi onun avtomobilində aşkarlanıb.
O, bir gün öncə itkin düşmüş elan edilmişdi. Tsumanisin avtomobili sahildə üzə çıxıb. Tibbi ekspertiza müəyyənləşdirib ki, ölüm boğulma nəticəsinə gerçəkləşib.
Bir müddət əvvəl futbolçu dostlarından birinə maliyyə çətinliklərindən bəhs edib. O, intihar barədə düşündüyünü də bildirib. Polis müdafiəçinin qətl, yoxsa intihar səbəbindən öldüyünü araşdırır.
Qeyd edək ki, Tsumanis karyerası ərzində “Aris”, “Ksanti”, “Pantrakikos” və “Kerkira”da oynayıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”