“Neftçi” Çempionlar Liqasında mübarizəni dayandırandan sonra Avropa Liqasına yuvarlanıb.
Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan futbolu tarixində 9-cu belə hadisədir.
“Olimpiakos”a hər iki oyunda 0:1 hesabı ilə uduzan “ağ-qaralar”a qədər Azərbaycan çempionları 8 dəfə Çempionlar Liqasından daha aşağı turnirə düşüb. Bu yuvarlanma ilk dəfə “Bakı”nın başına gəlib.
Sonrakı illərdə bir dəfə “Neftçi”, altı dəfə “Qarabağ” bir turnirdən digərinə düşüb. “Bakı”dan başqa bütün hallarda turnirini dəyişən komandamız Avropa Liqasında qrupa düşüb.
Çempionlar Liqasından Avropa Liqasına yuvarlananlar
2009/10 – “Bakı”
2012/13 – “Neftçi”
2014/15 – “Qarabağ”
2015/16 – “Qarabağ”
2016/17 – “Qarabağ”
2018/19 – “Qarabağ”
2019/20 – “Qarabağ”
2020/21 – “Qarabağ”
2021/22 – “Neftçi”
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı