“Səbail”də işləyirdim, müqaviləm bitdi, uzatmadılar. Gedib kiməsə yalvarası deyildim ki?”
Bunu apasport.az saytına “Səbail” akademiyasının sabiq baş meneceri Zaur Ramazanov deyib.
45 yaşlı mütəxəssis paytaxt klubundan ayrılmasını AFFA ilə əlaqələndirib. O, bu məsələdə assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədovu günahkar bilib: “Aydın məsələdir, AFFA-dan ismarıc gəldi ki, onun müqaviləsini yeniləməyin. Amma deyim ki, “Səbail”ə özbaşıma getməmişdim. Məni ora elə Elxan Məmmədov yollamışdı. Həmin vaxt kurs oxuyurdum, təcrübə toplamaq üçün getdim. Görünür, sözlərim kimlərinsə xoşuna gəlmədi, belə qərar verdilər”.
Ramazanov “Səbail”də qalmayacağını öncədən hiss etdiyini vurğulayıb: “Balaca uşaq da bilər ki, “Səbail”də qalmamağımın səbəbi nə oldu. Sadəcə, klubun icraçı direktoru Fərəc Əliyev mənə zəng vuraraq dedi ki, müqaviləni uzatmadılar. Onlar da işçidirlər, deyə bilmərəm ki, niyə belə etdiniz? Bircə onu bildirdim ki, təzə xəbər deyil, belə olacağını bilirdim. Mənim əleyhimə verilişlər hazırlamaları artıq bundan xəbər verirdi”.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”