A Seriyasında ən yaxşı məşqçi bəlli olub
10.10.2025 - 14:17

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu ada "Milan"ın italiyalı mütəxəssisi Massimiliano Alleqri layiq görülüb.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı baş məşqçinin rəhbərlik etdiyi komanda ötən ay çıxış etdiyi 4 rəsmi matçın hamısını qələbə ilə başa vurub.
Qeyd edək ki, Alleqri mövsümün əvvəlində "Milan"ın sükanı arxasına keçib.
0
0