Abraham rəsmən “Aston Villa”da
27.01.2026 - 21:46
Abraham rəsmən “Aston Villa”da

“Beşiktaş”ın hücumçusu Temmi Abrahamın yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 28 yaşlı oyunçu “Aston Villa”ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, İstanbul təmsilçisi ingiltərəli forvardın transferindən 21 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, “Beşiktaş” Abrahamı mövsümün əvvəlində “Roma”dan heyətinə qatmışdı.