Avropa futbol ictimaiyyətində qarşıdan gələn futbol üzrə dünya çempionatının mümkün boykotu müzakirə olunur.
Apasport.az xəbər verir ki, buna səbəb ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı öz ölkəsinə birləşdirmək niyyətidir.
Artıq Almaniya və Fransada bir sıra futbol funksionerləri mundialda iştirakdan imtina ehtimalı ilə bağlı açıq mövqe sərgiləyiblər. Oxşar çağırışlar Böyük Britaniya parlamentində də səsləndirilib.
"The Economist" nəşri isə məsələnin Avropa Parlamentində, Brüsseldə gündəmə gətirildiyini iddia edir.
Azarkeşlər də etiraz aksiyalarına qoşulublar. Məlumata görə, cəmi bir gecə ərzində etiraz əlaməti olaraq ABŞ-da keçiriləcək oyunlar üçün təxminən 17 min bilet geri qaytarılıb.
Qeyd edək ki, bu il ABŞ-la bağlı siyasi proseslər fonunda Dünya Çempionatının boykot edilməsi ilə bağlı təkliflər səsləndirilmişdi. Xüsusilə Venesuela prezidenti Nikolas Maduronun ABŞ ordusu tərəfindən devrilməsi ilə bağlı iddialardan sonra turnirin ABŞ-dan alınması və oyunların Kanada və Meksikaya köçürülməsi müzakirə mövzusuna çevrilmişdi.
- "Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır
- Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
- Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"
- "Arsenal" İngiltərə millisinin üzvünü icarəyə verir
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır