“Qalatasaray” “Atletiko” ilə matça itkilərlə çıxacaq
20.01.2026 - 20:17
“Qalatasaray” “Atletiko” ilə  matça itkilərlə çıxacaq

Qalatasaray" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VII turunda doğma meydanda "Atletiko"nu qəbul edəcək.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi görüşə 3 itki ilə çıxacaq.

Müdafiəçi Arda Ünyay, Vilfred Sinqo və yarımmüdafiəçi Qabriel Sara zədəlidir. Onlar bu matçda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Qalatasaray" - "Atletiko" qarşılaşması sabah keçiriləcək və saat 21:45-də start götürəcək.