ABŞ millisinin üzvü “Atletiko”da - RƏSMİ
16.07.2025 - 19:51

“Atletiko Madrid” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Real Betis”dən Conni Kardozonu transfer edib.
Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, “Atletiko” bu keçid üçün qarşı tərəfə 24 milyon avro ödəyib. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, ABŞ millisinin üzvü “Betis”in heyətində indiyədək 65 rəsmi oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
0
0