"Yuventus" mövsümün sonunda müqaviləsi başa çatan Ueston Makkenni ilə razılığa gələ bilib.
Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi amerikalı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalayacaq.
Bu barədə insayder Fabritsio Romano məllumat yayıb.
Makkenni ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtləri razılaşdırılıb. 27 yaşlı futbolçunun illik maaşı 4 milyon avro olacaq.
Qeyd edək ki, "Yuventus" Ueston Makkennini 2021-ci ilin yayında "Şalke"dən transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək