Afrika Millətlər Kuboku: Nigeriya və Tunisdən qələbə
24.12.2025 - 01:57
Afrika Millətlər Kuboku: Nigeriya və Tunisdən qələbə

Afrika Millətlər Kubokunda I turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, C qrupu çərçivəsində iki qarşılaşma baş tutub.

Günün ilk matçında Nigeriya və Tanzaniya milli komandaları üz-üzə gəlib. Görüş birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tunis seçməsi isə Uqanda yığmasını 3:1 hesabı ilə məğlub edib.