Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu
15.01.2026 - 02:48
Afrika Millətlər Kubokunda finalçılar bəlli olub.
Apasport.az xəbər verir ki, yarımfinalın ilk matçında Seneqal millisi Misir yığması ilə üz-üzə gəlib.
Gərgin keçən oyunun taleyini bir qol həll edib. Sadio Manenin 78-ci dəqiqədə vurduğu qolla Seneqal millisi adını finala yazdırıb - 1:0.
Digər yarımfinal görüşündə Nigeriya Mərakeşlə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Mərakeş finalda Seneqalın rəqibi olub - 4:2.
0
0