Belçika millisinin futbolçusu Ceremi Doku yenidən komandanın düşərgəsinə qoşulacaq.
Apasport.az xəbər verir ki, cinah oyunçusunun övladının dünyaya gəlməsi ilə əlaqədar aldığı qısa müddətli icazə başa çatıb.
Belçika Futbol Federasiyası açıqlamasında Dokunun həyat yoldaşının Praise adlı oğlan övladı dünyaya gətirdiyini bildirib.
Federasiyanın məlumatına görə, Doku matçdan əvvəl doğumun yaxınlaşdığı barədə xəbər alıb. Sağlamlıq heyəti ilə aparılan müzakirələrdən sonra ona müvəqqəti olaraq Londona, həyat yoldaşının yanına getmək icazəsi verilib.
Qeyd edək ki, Belçika DÇ-2026-nın G qrupunda iki turdan sonra 2 xal toplayıb. Komanda son turda Yeni Zelandiya ilə qarşılaşacaq. Ceremi Doku ilk oyunda Misirlə matçda (1:1) iştirak etmiş, İranla görüşü (0:0) isə buraxmışdı.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı