Alaba karyerasını Türkiyədə davam etdirə bilər
27.11.2025 - 13:54
Alaba karyerasını Türkiyədə davam etdirə bilər

“Real”ın futbolçusu David Alaba karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Beşiktaş” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Sabah” nəşri məlumat yayıb. “Real”da az şans qazanan 33 yaşlı futbolçu daha çox oynamaq istədiyi kluba keçmək niyyətindədir.

Alaba ilə “Fiorentina” da maraqlanır.

Qeyd edək ki, avstriyalı futbolçu bu mövsüm cəmi 4 oyuna çıxıb.