Alba daha 2 il “İnter Mayami”də - RƏSMİ
15.05.2025 - 20:54
Alba daha 2 il “İnter Mayami”də - RƏSMİ

“İnter Mayami” Jordi Alba ilə yeni müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Komanda futbolçunun bu ilin sonunda başa çatmalı olan müqaviləsini 2 il uzadıb.

Xatırladaq ki, 36 yaşlı müdafiəçi 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur.

İspaniya millisinin sabiq üzvü bu mövsüm MLS təmsilçisin heyətində 17 matça çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.