"Alman maşını"na daha bir hücumçu: VLAHOVİÇ "BAVARİYA" YOLUNDA
23.04.2026 - 19:20
"Yuventus"un hücumçusu Duşan Vlahoviç komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun xidmətində "Bavariya" maraqlıdır.
Münhen klubu serbiyalı oyunçunun transferini nəzərdən keçirir.
Almaniya təmsilçisi onu Harri Keynin əvəzləyicisi kimi görür. Məşqçilər korpusu hazırda komandanın ikinci hücumçusu olan Nikolas Ceksondan razı deyil.
Lakin "Bavariya" bu transfer üçün pul ödəmək istəmir. Münhenlilər Vlahoviçin yayda azad agent olmasına ümid edir.
Qeyd edək ki, Duşan 2022-ci ilin yanvar ayından "Yuventus"un şərəfini qoruyur.
- Xorvatiyanın baş məşqçisi Ronaldonu fərqləndirdi - “Hər an qol vura bilər”
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA
- “Beşiktaş” Salih Özcan üçün hərəkətə keçdi - 3,5 milyon avro maaş
- Tilemans dubl etdi - Oyunun ən yaxşı futbolçusu seçildi
- Seneqal tarix yazdı - DÇ-da buna nail olan ilk Afrika millisi
0
0