Almaniya millisinin forvardı “Başakşəhər”in formasını geyinəcək - RƏSMİ
12.07.2025 - 13:57
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni hücumçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi “Hamburq”dan ayrılan Davie Selkeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Selke karyerası ərzində “Hoffenhaym”, “Verder”, “Leypsiq”, “Köln” kimi klublarda çıxış edib. O, Almaniya yığmasında 5 oyunda 2 qol vurub.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0