Almaniya millisinin üzvü MLS klubunda - RƏSMİ
29.01.2026 - 22:42
Almaniya millisinin üzvü MLS klubunda - RƏSMİ

"Leypsiq"in hücumçusu Timo Vernerin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, almaniyalı forvard ABŞ-nin "San-Xose Ertkveyks" komandası ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, MLS təmsilçisi 29 yaşlı oyunçu ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Almaniya millisinin üzvü olan Timo Verner karyerası ərzində "Ştutqart", "Çelsi" və "Tottenhem" klublarının da formasını geyinib.