“Ayntraxt”ın müdafiəçisi Nataniel Braun karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Siti” almaniyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Frankfurt təmsilçisi 22 yaşlı cinah müdafiəçisinə 65 milyon avro qiymət qoyub. “Şəhərlilər” bu məbləği ödəməyə razılaşsa, transfer baş tuta bilər.
Qeyd edək ki, “Ayntraxt” Nataniel Braunu 2024-cü ilin yanvarında “Nürnberq”dən 3 milyon avroya transfer edib. Almaniya millisinin üzvü cari mövsüm Frankfurt klubunun heyətində keçirdiyi 30 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.