Almaniyalı futbolçu Premyer Liqada klubunu dəyişə bilər
15.10.2025 - 11:58

“Tottenhem” heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, London klubu “Brentford”da çıxış edən Kevin Şade ilə yaxından maraqlanır.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “Spurs”un baş məşqçisi Tomas Frank rəhbərlikdən keçmiş tələbəsinin transfer olunmasını tələb edib.
23 yaşlı vingerlə yaxın zamanda danışıqlara başlanacağı gözlənilir.
Qeyd edək ki, Almaniya millisinin üzvü Kevin Şade 2023-cü ildən “Brentford”da forma geyinir. O, bu komanda ilə çıxış etdiyi 82 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0