Ançelottinin oğlu işsiz qalıb
18.12.2025 - 10:36
Braziliyanın “Botafoqo” klubunun baş məşqçisi Davide Ançelotti ilə yollar ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Davide bu ilin yayından komandaya rəhbərlik edirdi. “Botafoqo” onun başçılığı altında 14 qələbə qazanıb, 11 dəfə heç-heçə edib, 7 dəfə uduzub.
Davide Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğludur.
- “Real”ın sabiq kapitanı “Xetafe”yə keçdi – RƏSMİ
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
0
0