“Ankaragücü”də yeni baş məşqçi
10.09.2025 - 21:38
“Ankaragücü”də yeni baş məşqçi

"Ankaragücü" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, II Liqa təmsilçisini Recep Karatepe çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycanın U-21 millisinin üzvü Həsən Nəzərli "Ankaragücü"də çıxış edir.