"Araz"ın rəqibindən növbəti transfer
11.07.2025 - 12:58
“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi “Selta”dan Karles Peresi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı vinger 2026-cı ilin yayına kimi icarə əsasında Yunanıstan təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” “Aris” ilə ilk oyunu iyulun 24-də Bakıda keçirəcək. Cavab görüşü iyulun 31-də Salonikidə olacaq.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0