Arbeloa Premyer Liqaya gedir: “Fulhem”də yeni baş məşqçi dönəmi
23.06.2026 - 17:28
“Real”ın sabiq baş məşqçisi Alvaro Arbeloanın yeni iş yeri bəlli olur.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
İspaniyalı mütəxəssis “Fulhem”in baş məşqçisi olmağa yaxındır. London təmsilçisi Arbeloa ilə danışıqlarda yekun mərhələyə çatıb.
Tərəflərin 3 illik müqavilə imzalayacağı gözlənilir. Arbeloa bu postda Marko Silvanı əvəzləyəcək.
Qeyd edək ki, 43 yaşlı mütəxəssis iyunun 9-da “Real”dan ayrılıb.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı
0
0