Arda Turan “Fənər”in futbolçusunu istəyir
07.06.2025 - 19:27

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, Ukrayna klubu "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmail Yükseki transfer etmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Şaxtyor" İstanbul təmsilçisində illik 400 min avro qazanan 26 yaşlı futbolçuya 4 milyon avro maaş təklif edib.
Oyunçu özü Donetsk klubuna keçməyə müsbət yanaşır.
Qeyd edək ki, Türkiyə millisinin üzvü ötən mövsüm "Fənərbaxça"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 assistlə yadda qalıb.
0
0