“Şaxtyor”un baş məşqçisi Arda Turan “Beşiktaş”la adının hallanmasına münasibət bildirib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis İstanbul təmsilçisi ilə adının yanaşı çəkilməsini qürurverici hal kimi dəyərləndirib.
Turan bununla belə, hazırkı klubundakı hədəflərinə fokuslandığını vurğulayıb:
“Beşiktaş” kimi nüfuzlu klubla adımın yanaşı çəkilməsi təbii ki, mənim üçün böyük şərəf və əsl qürur mənbəyidir. Ancaq hazırkı klubumda rəhbərliklə birlikdə müəyyənləşdirdiyimiz və həyata keçirmək istədiyimiz böyük hədəflərimiz var. Buna görə də gələcək karyeram kifayət qədər bəlli və dəqiqdir”.
Qeyd edək ki, Arda Turan bu mövsüm “Şaxtyor”la Ukrayna çempionatında çempionluq sevinci yaşayıb və UEFA Konfrans Liqasında yarımfinala qədər irəliləyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”