Ardıcıl ikinci dəfə– Baloqun matçın ən yaxşısı seçildi
20.06.2026 - 03:01
Ardıcıl ikinci dəfə– Baloqun matçın ən yaxşısı seçildi

ABŞ millisinin hücumçusu Folarin Baloqun 2026-cı il dünya çempionatında ardıcıl ikinci oyunda FIFA tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.

Apasport.az xəbər verir ki, 24 yaşlı forvard Avstraliya üzərində 2:0 hesablı qələbədə məhsuldar çıxışı ilə fərqlənib.

Baloqun 11-ci dəqiqədə Börqessin avtoqoluna səbəb olan epizodda həlledici rol oynayıb.

ABŞ bu qələbə sayəsində pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib. 

Baloqun daha əvvəl Paraqvayla görüşdə də matçın ən yaxşı oyunçusu seçilmişdi. Həmin qarşılaşmada o, iki qol vuraraq ABŞ millisinin 4:1 hesablı qələbəsində əsas pay sahibi olmuşdu. 

Qeyd edək ki, ABŞ millisi D qrupunda keçirdiyi ilk iki oyundan sonra 6 xal toplayıb və son turda Türkiyə ilə qarşılaşacaq.