Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
30.09.2026 - 11:47
Sloveniyanın paytaxtı Lyublyanada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyası məlumat yayıb.
Gənclər arasında Rəhim Nağıyev və Nihad Xudoyev, elit kateqoriyasında isə Nofəl Nuriyev və Şahin Eyvazov mübarizə aparacaqlar. Onlar fərdi və qrup ötüşməsi növlərində çıxış edəcəklər.
İdmançılar artıq sözügedən ölkəyə yollanıblar.
Xatırladaq ki, yarış oktyabrın 2-7-si aralığında təşkil olunacaq.
0
0