Argentina millisində ciddi itki: MESSİ MATÇI BURAXACAQ
01.06.2026 - 10:50
Argentina millisinin heyətində ciddi itki yaşanır.
Apasport.az xəbər verir ki, yığmanın kapitanı Lionel Messi zədəsini sağalda bilməyib.
O, bu səbəbdən Honduras seçməsi ilə yoldaşlıq oyununu buraxacaq.
Hücumçu milli komandanın təlim-məşq toplanışına qoşulsa da, səhhətində problemlər var. Məşqçilər korpusu futbolçunu dünya çempionatına qədər qorumaq niyyətindədir.
38 yaşlı Lionelin DÇ-nin Əlcəzairlə ilk matçında meydana çıxması gözlənilir.
Qeyd edək ki, mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0