Argentinalı müdafiəçi Premyer Liqa yolunda
06.10.2025 - 13:38

"Atletiko Madrid"in müdafiəçisi Nahuel Molina karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Mançester Siti" argentinalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "Team Talk" məlumat yayıb.
"Şəhərlilər" yanvar ayında 27 yaşlı sağ cinah müdafiəçisini heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Atletiko" Nahuel Molinanı 2022-ci ilin yayında "Udineze"dən 20 milyon avro qarşılığında transfer edib.
0
0