"Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
20.11.2025 - 15:34
İngiltərənin “Arsenal” komandası hücumçusu Maks Daumanla razılığa gəlib.
Apasport.az xəbər verir ki, 15 yaşlı futbolçu Premyer Liqa təmsilçisi ilə uzunmüddətli sözləşmə imzalayacaq.
Oyunçu ilə ilk peşəkar müqavilənin 2026-cı ilin dekabr ayında, yəni, onun 17 yaşı tamam olanda bağlanacağı gözlənilir.
Qeyd edək ki, Maks Dauman Çempionlar Liqasında debüt edən ən gənc oyunçu olub. O, turnirdə 15 yaş 308 günlük ikən ilk matçını keçirib. Futbolçu bu mövsüm “Arsenal”ın heyətində 5 görüşdə 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Real”ın futbolçusu millinin heyətində zədələnib
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Tramp: "Ronaldo haradadırsa, oğlum da oradadır”
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
0
0