“Arsenal” yay transfer pəncərəsində heyətdə ciddi dəyişikliklər edə bilər.
Apasport.az xəbər verir ki, London klubu bir neçə futbolçusu ilə yollarını ayırmağı nəzərdən keçirir.
“The Sun”ın məlumatına görə, “topçular” bu yay 8 oyunçunun satışına razılıq verə bilər. Siyahıda Leandro Trossard, Qabriel Martinelli, Qabriel Jezus, Fabio Vieyra, İtan Nvaneri, Rays Nelson, Kristian Nörqor və Kepa Arrisabalaqanın adları yer alıb.
“Arsenal”ın bu addımı həm heyətdə yenilənmə aparmaq, həm də yeni transferlər üçün büdcə yaratmaq məqsədi daşıyır. Klubun xüsusilə hücum xətti və yarımmüdafiədə dəyişikliklər etməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, “Arsenal” ötən mövsüm Premyer Liqanın qalibi olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"