"Atalanta" “Atletiko”nun hücumçusunu transfer edib - Rəsmi
16.01.2026 - 12:18
"Atalanta" “Atletiko”nun hücumçusunu transfer edib - Rəsmi

“Atletiko”nun hücumçusu Cakomo Raspadori yenidən İtaliya A Seriyasına qayıdıb.

Apasport.az xəbər verir ki, daha əvvəl “Napoli”nin formasını geyinmiş 25 yaşlı futbolçu karyerasını “Atalanta”da davam etdirəcək. Bu barədə İtaliya klubunun mətbuat xidməti rəsmi açıqlama yayıb.

“Atalanta” Raspadorinin keçidi üçün “Atletiko”ya 22 milyon avro ödəyib.

İtaliyalı forvard cari mövsümdə İspaniya La Liqasında 12 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

20 turdan sonra A Seriyasında 31 xal toplayan “Atalanta” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.