“Atalanta”nın yeni baş məşqçisi bəlli olub
11.11.2025 - 18:20
“Atalanta”nın yeni baş məşqçisi bəlli olub

İvan Yuriçlə yollarını ayıran "Atalanta"nın yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, komanda bu posta Raffaele Palladinonun gətirildiyini açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

41 yaşlı italiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Atalanta” A Seriyasında bu mövsüm keçirdiyi 11 turdan sonra 13 xal toplayaraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.