"Atletiko" ilə oyunöncəsi itkilər: "BARSA"DA HEYƏT PROBLEMİ
11.02.2026 - 19:38
"Atletiko" ilə oyunöncəsi itkilər: "BARSA"DA HEYƏT PROBLEMİ

"Barselona" İspaniya Kral Kubokunun "Atletiko" ilə matçına itkilərlə çıxacaq.

Apasport.az xəbər verir ki, komandanın hücumçuları Markus Reşford və Rafinya zədədən əziyyət çəkirlər.

Onların hər ikisi ölkə kubokunun oyununu buraxacaqlar. Klubdan İspaniya mətbuatına bu barədə məlumat verilib.

Reşford bir neçə gündür ki, əsas komanda ilə məşq etmir. O, diz nahiyəsindən zədəlidir.

Rafinya isə bud nahiyəsindəki gərilmə səbəbindən matça çıxmayacaq. Lakin braziliyalının yaxın müddətdə məşqlərə start verməsi gözlənilir.

Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı fevralın 13-də saat 00:00-da keçiriləcək.