“Atletiko”nun müdafiəçisi “Fənərbaxça”nın hədəfində
17.03.2026 - 00:47
"Fənərbaxça" heyətinə müdafiə xəttini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"nun üzvü Klemen Lenqleni istəyir.
Bu barədə "El Mundo Deportivo" məlumat yayıb.
Türkiyə klubu artıq 30 yaşlı futbolçu üçün qarşı tərəflə ilkin danışıqlara start verib.
Qeyd edək ki, Lenqlenin “Atletiko” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Təcrübəli futbolçu “Nansi”, “Sevilya”, “Barselona”, “Tottenhem” və “Aston Villa”da çıxış edib.
0
0