“Ayaks”ın sabiq üzvü həbs olunub
12.06.2025 - 22:58
Niderland millisi və "Ayaks"ın sabiq üzvü Kuinsi Promes Dubayda həbs olunub.
Apasport.az xəbər verir ki, o, Niderland prokurorluğunun tələbi əsasında saxlanılıb.
33 yaşlı futbolçu 2024-cü ilin martında Avropa ölkəsində narkotik qaçaqmalçılığı işində təqsirli bilinib və qiyabi 6 il müddətinə azadlıqdan məhrum edilib.
Promes onun ekstradisiyasında israrlı olan Niderland prokurorluğunun tələbi ilə hücumçu Birləşmiş Ərəb Əmirliklərində növbəti həbs edilib.
Qeyd edək ki, əvvəlcə də həbs olunan Promes may ayında girov müqabilində həbsdən buraxılıb.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0