Azərbaycanla oyun öncəsi Fransa millisinin futbolçusu zədələnib
30.10.2025 - 15:37
Azərbaycanla oyun öncəsi Fransa millisinin futbolçusu zədələnib

PSJ ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, Paris klubunun və Fransa millisinin futbolçusu Dezire Due zədələnib.

Fransa çempionatında “Loryan”la oyunda xəsarət alan hücumçu meydanı xərəkdə tərk edib. Duenin son durumu tibbi müayinədən sonra bilinəcək.

PSJ “Loryan”la heç-heçə edib – 1:1.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan - Fransa oyunu noyabrın 16-da keçiriləcək.