Aziz Yıldırımdan digər namizədlərə: "Geri çəkilin”
06.05.2026 - 14:19
“Fənərbaxça”da prezident seçkiləri ərəfəsində diqqətçəkən hadisələr baş verir.
Apasport.az xəbər verir ki, klubun sabiq rəhbərlərindən biri olan Aziz Yıldırım növbədənkənar seçkili ümumi qurultayda namizədliyini açıqlayıb.
O, yerli mediaya açıqlamasında seçkidə iştirak edən digər namizədləri geri çəkilməyə və onunla birlikdə hərəkət etməyə dəvət edib
İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, prezidentliyə iddialı olan Barış Göktürk Aziz Yıldırımın təklifini dəyərləndirir.
Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0