“Fənərbaxça”da prezidentliyə namizəd Aziz Yıldırım transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, Yıldırım “Roma”nın müdafiəçisi Zeki Çelik üçün təklif göndərib.
“Sabah”ın məlumatına görə, Aziz Yıldırım prezident seçiləcəyi təqdirdə 29 yaşlı sağ cinah müdafiəçisinə 3 illik müqavilə təklif edəcək. Türkiyə millisinin üzvü ilə bağlı prosesin yaxın günlərdə daha da sürətlənəcəyi gözlənilir.
Zeki Çelikin “Roma” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Bu səbəbdən İtaliya klubunun futbolçu ilə bağlı gələcək qərarı maraqla gözlənilir.
Qeyd edək ki, Zeki Çelik 2025/2026 mövsümündə “Roma”nın heyətində A Seriyasında 34 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"