Bakıda qol buraxdı, tarixə düşdü
17.11.2025 - 12:18
Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmada debüt oyununda ən tez qol buraxan ikinci qapıçı olub.
Şevalye Azərbaycan millisi ilə matçda 4-cü dəqiqədə qapısında top görüb.
Sonuncu dəfə 1935-ci ildə Rene Lyense millidə debüt oyununda italyanlardan 4-cü dəqiqədə qol buraxmışdı.
Bakıda keçirilən Azərbaycan – Fransa oyunu qonaqların qələbəsiylə başa çatıb – 3:1.
0
0