“Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək
21.05.2025 - 00:25
“Barsa” Braziliya millisinin üzvü ilə müqavilə yeniləyəcək

“Barselona” futbolçusu Rafinya ilə müqaviləni uzadacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Kataloniya klubu braziliyalı hücumçu ilə sözləşməni 2028-ci ilin yayına kimi artıracaq.

Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm 56 oyunda 34 qol vurub, 25 məhsuldar ötürmə edib.