"Barsa" Fliklə bağlı qərarını verdi
01.05.2026 - 16:36
İspaniya La Liqası təmsilçisi “Barselona” baş məşqçisi Hansi Fliklə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, komanda almaniyalı mütəxəssislə yeni müqavilə barədə razılığa gəlib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, kataloniyalılar 61 yaşlı çalışdırıcının sözləşməsinin müddətini 2028-ci ilə qədər uzadacaq. Sazişə əsasən, klubun müqaviləni daha bir il artırmaq hüququ da olacaq.
Qeyd edək ki, Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0