“Barsa”nın müdafiəçisi zədəsini sağaldıb
02.05.2025 - 18:26

İspaniya La Liqası təmsilçilərindən "Barselona"nın müdafiəçisi Mark Kasado zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu bu gün komanda ilə birgə məşqlərdə iştirak edib.
Xatırladaq ki, O, La Liqanın XXVIII turunda "Atletiko" ilə matçında dizindən xəsarət almışdı.
Qeyd edək ki, 21 yaşlı ispaniya bu mövsüm kataloniyalıların heyətində meydana çıxdığı 36 rəsmi matçda 1 qol, 6 assistlə yadda qalıb.
0
0