“Barsa”nın ulduzu sıradan çıxdı - 2-3 həftə oynamayacaq
03.10.2025 - 23:50
“Barsa”nın ulduzu sıradan çıxdı - 2-3 həftə oynamayacaq

“Barselona”nın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, kataloniyalıların ulduz futbolçusu Lamin Yamal sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ispan vinger Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində PSJ ilə keçirilən matçdan (1:2) sonra qasıq nahiyəsində ağrı hiss edib.

Məlumata görə, 18 yaşlı futbolçu 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 5 rəsmi oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.