"Barselona" "Yuventus"un futbolçusunu istəyir
13.11.2025 - 15:55
"Yuventus" və ABŞ milli komandasının futbolçusu Veston Makkenni karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az "Marca"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Barselona”nın maraq dairəsindədir.
Kataloniya təmsilçisi mövsümün sonunda “Yuventus”la müqaviləsi başa çatacaq futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.
Makkenni özü də, komandasını dəyişməyə müsbət yanaşır.
"Şalke" və “Lids” klublarında da oynamış futbolçu 2020-ci ildən “Yuventus”un formasını geyinir.
- "Arsenal" yeni mövsüm səfər formalarını təqdim etdi - FOTO
- Rafael Leao "Fənərbaxça" yolunda – Maaş və bonuslar açıqlandı
- Depaya Türkiyədən sürpriz təklif – Cavab gözlənilir
- İngiltərə millisinin düşərgəsində dava: Futbolçular bir-birinə girdi - VİDEO
- Avropa Liqası: "Beşiktaş" qələbə ilə başladı - YENİLƏNİB
0
0