“Barselona”da ciddi itki
22.12.2025 - 14:47
“Barselona” itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Andres Kristensen zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sol dizindən zədə alan danimarkalı futbolçunun dörd ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Kristensen bu mövsüm 17 oyunda 1 qol vurub.
0
0